Sabunçu rayonunda köşkdə yanğın hadisəsi baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 22 oktyabr tarixində xəbər verir.
Ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyalardan ibarət köşk və içərisində hər birinin tutumu 50 litr olan 2 ədəd məişət qaz balonu yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.