Bu gün, 15 yanvar, Bakı şəhəri və Abşeron yarımadasının ərazisində güclü külək müşahidə olunur. Qasırğanın təsirindən şəhərin bəzi hissələri müxtəlif dərəcədə zərər çəkib.
Belə ki, Baku.ws-ə istinadən, Xətai rayonu, Daşqın Səfərov küçəsində 4 mərtəbəli binanın dam örtüyü uçaraq ərazidəki 2 avtomobilin üstünə düşüb. Hadisə nəticəsində "KİA" markalı minik avtomobilinə ciddi maddi ziyan dəyib.