Bakının Xəzər rayonu, Zirə qəsəbəsində kütləvi dava zamanı qayın və yeznə xəsarət alıblar. Bu haqda bu gün, 17 iyun tarixində Report məlumat verib.
37 yaşlı Babalar Abbasəliyev və onun yeznəsi Elşən Qurbanov müxtəlif xəsarətlərlə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki şəxsə burun və üz sümüklərinin çoxsaylı sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.