Paytaxtın Səbail rayonunda silsilə oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Sumqayıt şəhər sakini Tahir Əhmədov rayon ərazisində yerləşən ictimai iaşə obyektlərində müxtəlif şəxslərin telefonlarını oğurlayıb.
Cinayət əməli təhlükəsizlik kameralarına düşüb. Şübhəli barəsində araşdırmalar davam edir.
[caption id="attachment_30726" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]