Bakının Xəzər rayonunda kanalizasiya quyusundan meyit tapılıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə xilasedicilər cəlb olunublar, quyuya düşən şəxsin cəsədi çıxarılıb.
Aşkar olunan meyit aidiyyəti üzrə təhvil verilib.