Bakının Nizami rayonundakı şadlıq evlərinin birində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Report məlumat verib.
Sərxoş vəziyyətdə olan 35 yaşlı Bəhruz Umudov binanın 3-cü mərtəbəsinin eyvanında məhəccərə söykənib. Bu zaman məhəccər qoparaq Umudov həmin hündürlükdən yıxılıb.
Ağır bədən xəsarətləri alan zərərçəkən təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və kəllə sümüyünün sınıqları diaqnozları qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.