Bakının Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən evlərin birində bıçaqlanma baş verib. Bu haqda bu gün, 7 yanvar tarixində Report məlumat verib.
45 yaşlı Cəlilabad rayon sakini Rəfail Quliyev kirayə yaşadıqları mənzildə 38 yaşlı Xalidə Quliyevanın qarın nahiyəsinə 1 bıçaq xəsarəti yetirib. Yaralı qadın Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.