5 oktyabr tarixində Sabunçu rayonunda bağlı qapı arxasında meyit tapılıb. Bu barədə FHN nazirliyin rəsmi saytında xəbər verilib.
112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb olunub. FHN-nin əməkdaşları mənzildən 69 yaşlı Oktay Əliyevin cəsədini çıxardıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.