Bakıda kişi meyiti tapılıb. Hadisə paytaxtın Səbail rayonunda baş verib. Bu haqda BakuPlus Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Rayon ərazisində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN əməkdaşları mənzilin giriş qapısını açaraq, orada 82 yaşlı Fuad Abbasovun meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.