Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində kitabxanadan oğurluq edilib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Xəyyam İsrafilov adıçəkilən qəsəbə ərazisində yerləşən kitabxanaların birindən kompüter, printer və noutbuk oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmaya başlanılıb.