Bakıda ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb. Bu haqda APA 27 yanvar tarixində xəbər verib.
Xəzər rayonunda polis əməkdaşları COVİD-19-a yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evi tərk etmiş Binə qəsəbəsi sakini Şahin Əşrəfovu saxlayıblar.
Həmin şəxslə izahedici söhbət aparılıb və o, yaşadığı evə qaytarılıb.
Bu şəxs barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.