Bakı şəhəri “Gənclik” metro stansiyasında koronavirus xəstəsi saxlanılıb. Bu barədə Report 14 oktyabr, axşam saatlarında DİN-nin Mətbuat Xidmətinin polis mayoru Elşad Hacıyevin sözlərinə istinadən məlumat verib.
40 yaşlı Bəxtiyar Muxtarov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı prosesual tədbirlər davam etdirilir.