Bakıda iki nəfəri güllələyən şəxsə hökm oxundu. Bu barədə 13 oktyabr tarixində Trend xəbər verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmində məşhur olan Zülfü Muradovu və İlkin Bağıyevi güllələyən 38 yaşlı Tural Nağıyeva 13 il 6 ay iş kəsilib.
2019-cu ildə Yasamal rayonu, Şərifzadə küçəsində Nağıyev “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 32 yaşlı Muradov və 37 yaşlı Bağıyev yaralanıb.
Tural Nağıyev barəsində Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd maddəsi ilə hökm oxunub.