Bakının Nizami rayonu, Q.Qarayev prospektində lal-kar qadını avtomobil vurub. Bu haqda bu gün, 1 fevral tarixində Lent.az məlumat verib.
Azərbaycan Lal-Karlar İttifaqının yataqxanasında yaşayan 60 yaşlı Mülkiyyə Məmmədova yolu keçərkən onu avtomobil vuraraq qaçıb. Qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Qadının yaxınları bildirirlər ki, “Mercedes” markalı avtomobilin sürücüsü müəyyən edilsə də, ona qarşı heç bir tədbir görülməyib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi araşdırma aparır.