Bakının Nizami rayonu, 242 nömrəli tam orta məktəbdə tüstülənmə olub. Bu haqda bu gün, 26 aprel tarixində Report məlumat verib.
İlkin məlumata görə, məktəbin inzibati binasında anidən tüstülənmə başlayıb. Məktəb əməkdaşları onun qarşısını alıblar.