Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdəki insidentin təfərrüatları açıqlanıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Yaranan mübahisə zamanı 7-ci sinif şagirdi olan 13 yaşlı qız oğlan sinif yoldaşını bıçaqlayıb. Şagirdlərin sözlərində görə, qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb.
“O, əvvəl də kimisə bıçaqlamışdı. Məktəbə Təcili Tibbi Yardım gəlmişdi”, – deyə şagirdlərdən biri qeyd edib.
1 aprel tarixində 23 saylı məktəbin şagirdinin digərinə xəsarət yetirməsi ilə bağlı xəbər yayılmışdı.