Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus məlumat verib.
16 yaşlı Möminə Xəlil qızı Qəriblinin yaşadığı evin həyətində özünü asdığı qeyd edilir. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
Bu gün Xətai rayonunda daha bir intihar hadisəsi baş verib. 41 yaşlı İlhamə Əhmədova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.