Səbail rayonunda şagird sinif yoldaşını bıçaqlayıb. Bu haqda Report məlumat verib.
Yanvarın 10-u günorta saatlarında Bakının 162 nömrəli tam orta məktəbinin 11a sinif şagirdi məktəbdən kənar ərazidə, dərsdən sonra sinif yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub, onun vəziyyəti ağır-sabitdir.
Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən məktəbli polis tərəfindən saxlanılıb.