Bakıda kişi həkim növbəsində vəfat edib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Hadisə Xətai rayonunda yerləşən 6 nömrəli şəhər poliklinikasında baş verib. 3 gün öncə əməliyyat olunan Məmməd Məmmədov bülleteninin vaxtını uzatmaq üçün həkim qəbuluna gəlib. Qapının ağzında növbə gözləyən zaman o, qəfil dünyasını dəyişib.
Həkimin sözlərinə görə, xəstənin bir neçə gün əvvəl ürəyinə stend qoyulmuşdu.
“Bizdə elə bir şərait yoxdur ki, ona müdaxilə edək. Uzatmaq, çevirmək kimi nəyə gücümüz çatır, onu etdik. 10-15 dəqiqə ərzində dünyasını dəyişdi”, - deyə həkim bildirib.