Bakıda müəllim dərs zamanı vəfat edib. Hadisə Səbail rayonunda yerləşən 89 nömrəli tam orta məktəbində baş verib. Bu haqda 15 oktyabrda APA xəbər verib.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı təsdiqləyib.