Paytaxtın Xətai rayonunda mənzildən qadın meyiti aşkarlanıb. Bu haqda bu gün, 15 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bir nəfərin bağlı qapı arxasında qaldığı barədə FHN-ə məlumat daxil olmuşdur.
FHN-nin əməkdaşları mənzilin qapısını qıraraq 63 yaşlı Gülnarə Hüseynovanın cəsədəni aşkarlayıb və aidiyyəti üzrə təhvil veriblər.