Paytaxtın Yasamal rayonunda mənzildən əl qumbarası tapılıb. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında FHN-in əməkdaşları adıçəkilən rayon ərazisində yerləşən mənzillərdən birində axtarış aparıblar. Nəticədə orada 1 ədəd “F-1” əl qumbarası aşkarlanıb. Hərbi sursat ərazidən kənarlaşdırılıb, mənzildən digər şübhəli əşya tapılmayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırmaya başlanılıb.
[caption id="attachment_81573" align="alignnone" width="896"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]