Binəqədidə oğurluq edənlər tutulublar. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
Oğurluq etdiklərinə görə tutulan şəxslərin daha bir analoji əməlinin üstü açılıb. Polis əməkdaşları tərəfindən müəyyən olunub ki, saxlanılan E.Əlimuradov və H.İsmayılov başqa bir mağazadan da oğurluq ediblər.
Həmin vaxt onlar mağazadan 950 manat pul və 8000 manat dəyərində geyim əşyaları aparıblar.
Faktla bağlı araşdırma davam edir.