Paytaxtın Xətai rayonu, Vunq Tau küçəsindəki elektron malları mağazasından oğurluq edilib. Bu haqda bu gün, 26 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, mağazadan 2 ədəd notbuk və 10 ədəd mobil telefon oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əmili törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Şıxəliyev saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.