Paytaxtın Qaradağ rayonunda su kəmərinin partlamasının fəsadları aradan qaldırılır. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Föqvəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Kür-Bakı magistral su kəmərinin Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrində yerləşən hissəsində qəza baş verib. Bu səbəbdən ətrafı su basıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq, artıq suyun nasoslarla çəkilməsinə başlanılıb.
Daha öncə paytaxtın 3 rayonunda suyun olmayacağı barədə məlumat verilmişdir.