Paytaxtın Nizami rayonunda yerləşən 1 saylı təcridxanaya narkotik keçirmək istədilər. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
19 il müddətinə həbs olunmuş Elçin Cavadova gətirilən sovqata baxış keçirilən zaman orada mandarinin içinə gizlədilmiş ümumi çəkisi 7,741 qram olan heroin, marixuana, metamfetamin və metadon aşkar edilib.
Faktla bağlı araşdırmaya başlanılıb.