Paytaxtın Suraxanı rayonunda yerləşən mağazaların birindən 30 oktyabr tarixində pul və tütün məhsulları oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ilə bağlı Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri aparıblar. Nəticədə 150 manat pul və 2850 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.