Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 17 noyabr tarixində xəbər verir.
Noyabrın 16-da saat 13:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində paytaxt sakini V.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Ağaməli Nağıyevi vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.