Paytaxtın Səbail rayonunda polis maşını və moped toqquşub. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
77-PF-578 dövlət qeydiyyat nişanlı polis maşını manevr edərək yan güzgülərə baxmadan əks istiqamətə dönüb və mopedlə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən isə moped manevr qaydalarını pozub və polis avtomobilinə çarpılıb. O, polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.