Bakıda oğurluqla məşğul olan 5 nəfər saxlanılıb. Bu haqda 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonu, Ü.Hacıbəyov küçəsindən moped oğurlayan Qusar rayon sakinləri T.Məhəmmədov və E.Adıgözəlov, N.Rəfibəyli və Nizami küçələrindəki evlərin dəhlizlərindən 2 ədəd velosiped oğurlayan Sumqayıt şəhər sakini T.Mürsəlov və Saatlı rayon sakini T.Quliyev saxlanılıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonunda H.B.Zərdabi küçəsindəki evlərin dəhlizlərindən 2 ədəd velosiped oğurlayan Abşeron rayon sakini M.Quliyev tutulub.
Faktlarla bağlı araşdırmalar davam edir.