Bakının Xətai rayonunda 20 yaşlı motosikletçi qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 aprel tarixində Report məlumat verib.
Kuryer kimi işləyən Eliza adlı qız (soyadı dəqiqləşdirilir - red.) motosiklet idarə edərkən avtomobillə toqquşub. Yaralı təcili tibbi yardım maşını ilə açıq kəllə-beyin travması və müştərək travma diaqnozları ilə xəstəxanaya aparılıb. O, koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.