Paytaxtın Nizami rayonunda, "Neftçilər" metro stansiyasının yaxınlığında yol qəzası baş verib, bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 14 aprel tarixində APA məlumat verib.
39 yaşlı Zarina Abbasova yolu keçərkən onu motosiklet vurub. Qadın ağır bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.