Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində it oğurlanıb. Bu haqda bu gün, 1 mart tarixində Lent.az məlumat verib.
Hadisə ilə bağlı qəsəbə sakini Zaur Hüseynov polisə müraciət edib. Onun sözlərinə görə, 5000 manat dəyərində olan kanqal cinsli iti həyətdən oğurlanıb.
Şikayət əsasında əməliyyat-axtarış işləri aparılır.