Xətai rayonunda gənc oğlan bıçaqlanıb. Bu haqda 19 yanvar tarixində APA xəbər verib.
Gəncə prospektində 27 yaşlı Amil Umarov küçədə tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Həmin şəxs Umarovun ayağından 2 bıçaq zərbəsi endirib. Yaralı Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.