Bakıda Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Əmircan kənd sakini Z.Xeyrullayev saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Bu haqda bu gün, 24 iyun tarixində Report məlumat verib.
Verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 15 qrama yaxın heroin aşkar edilərək götürülüb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 1 kiloqram 31 qram heroin və elektron tərəzi götürülüb.
Faktla bağlı araşdırma aparılır.