Bakıda oktyabrın 18-də narkotikin dövriyyəsinə qarşı tədbirlər keçirilib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkar edilib. İctimai yerlərdə narkotiklərin təsiri altında olan 84, o cümlədən narkokuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.
Bununla yanaşı, narkotiklərin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Analoji tədbrilər davam edir.