Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin binasında tüstülənmə baş verib. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Bu haqda Report xəbər verib.
Binanın dam örtüyündə yaranmış tüstülənməyə elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
Nazirlikdən verilən məlumata əsasən, tüstülənmənin qarşısı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində alınıb.