Bakıda polis maşını qəzaya uğrayıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 15 iyun tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonunda 24 yaşlı Emin Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub.
Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.