Paytaxtın Nərimanov rayonunda qadın mağazadan oğurluq edib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Səbinə Ağayeva adıçəkilən rayonda yerləşən mağazaların birindən 1195 AZN pul, Yasamal rayonunda isə bir satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalara başlanılıb.