Bakının Xətai rayonu ərazisində “OBA” marketdən quldurluq yolu ilə pul oğurlanıb. Bu haqda bu gün, 19 may tarixində Azərbaycan24 məlumat verib.
R.Məmmədov küçəsində yerləşən “OBA” marketə daxil olan naməlum şəxslər qadın satıcıya bıçaqla hücum ediblər. Satıcı L.İsrafilovaya hədə-qorxu gələnlər kassadan 700 manat götürərək oradan uzaqlaşıblar.
Hadisə ilə bağlı polisə məlumat verilib. Oğurluqda şübhəli bilinən 21 yaşlı Əfqan İsgəndərov və 25 yaşlı Fərid Axundov tutularaq istintaqa cəlb ediliblər. Onlar barəsində cinayət işi başlanılıb.