Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 1 aprel tarixində xəbər verir.
Paytaxtın Xətai rayonu, Xudu Məmmədov küçəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində hazırda təmir edilən, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzilin eyvanında 4 kv.m sahədə məişət tullantıları yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunduqdan sonra yanğın söndürülüb.
Mənzil yanğından mühafizə olunub.