Paytaxtın Qaradağ rayonunda magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Bizim Media-ya istinadən xəbər verir.
“Kür-Bakı magistral su kəmərində ötən gün baş verən qəza aradan qaldırılıb. Su kəmərində baş verən qəzaya görə Bakının susuz qalan ərazilərinə suyun verilməsi bərpa olunub", - deyə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Ötən gün Kür-Bakı magistral su kəməri partlamışdı. Bu səbəbdən Bakının bir neçə rayonunda içməli su kəsilmişdir.