Bakının Sabunçu rayonunda 22 iyul, saat 23:00 radələrində birmərtəbəli yaşayış evində yanğınla nəticələnən partlayış olub. Bu haqda bu gün, 23 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Ümumi sahəsi 35 kv.m olan evdə partlayış dalğasının təsirindən evin ön divarı uçub. Partlayış yanğına səbəb olub. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Tikiliyə bitişik ikimərtəbəli ev alovdan mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.