Bakı şəhərində bu gün, 7 oktyabr tarixində gecə və səhər saatlarında piyada iştirakı ilə iki yol qəzası baş verib. Bu haqda Report xəbər verib.
Gecə saat 01:00 radalərində Binəqədi rayonu Müşviqabad qəsəsbəsində 36 yaşlı Fatma Hacıyevanı yolu keçərkən avtomobil vurub. Təcili tibbi yardım onu sağ baldır sümüyünün sınığı ilə xəstəxanaya çatdırıb.
Daha sonra, səhər 08:00 radələrində Nərimanov rayonunda yol qəzası baş verib. Avtomobil, piyada 60 yaşlı Südabə Əhmədovanı yolu keçərkən vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Əhmədova hər iki əng sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.