Ötən gün axşam saatlarında Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Bu haqda 26 oktyabr tarixində Report xəbər verib.
“Badam bağları” yaşayış sahəsində 36 yaşlı Zaur Ələkbərov 169 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu tərəfindən vurulub. Qəza nəticəsində aldığı xəsarətlərdən piyada yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.