Bu gün, 10 noyabr tarixində Bakıda piyadaların iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report məlumat verib.
Gecə saat 02:00 radalərində Nərimanov rayonu, Atatürk prospektində avtomobil yolu keçən 20 yaşlı Təhməz Zeynalovu vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Gənc qapalı kəllə-beyin travması və baş-beyin əziyi ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyət ağır olduğuna görə o, reanimasiya şöbəsində müalicə alır.
Daha bir oxşar hadisə bu gün, səhər saat 08:00 radalərində Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 28 yaşlı Seyidağa Qasımov yolu keçərkən onu avtomobil vurub. Piyada təcili tibbi yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hər iki faktla bağlı araşdırmalar aparılır.