Bakının Səbail rayonunda baş vermiş qəzada ölən və yaralananlar var. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 27 avqust tarixində xəbər verir.
Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən biri kişi, ikisi qadın olmaqla üç nəfəri “Toyota Prius” markalı avtomobil vurub.
Zərbənin təsirindən kişi hadisə yerində ölüb. Xəstəxanaya çatdırılan qadınların vəziyyətinin ağır olduğu bildirilib. Onlardan biri 35 yaşlı Xəyalə Əhmədovadır.
Ölən kişinin Türkiyə vətəndaşı olduğu bildirilir. Onun meyiti morqdadır və şəxsiyyəti müəyyənləşdirilir.
Hazırda avtoqəzanın dəqiq başvermə səbəbləri araşdırılır.
Yenilənib: 11:55
Qəza nəticəsində dünyasını dəyişən Türkiyə vətəndaşının 44 yaşlı Yusif Türksoy olduğu məlum olub.
Sürücü, Faiq Quliyev barəsində cinayət işi açılıb.
[caption id="attachment_66147" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]