Paytaxtın əsas prospektlərinin birində yük və minik avtomobilləri toqquşub. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qafur Məmməd küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində “Prius” markalı nəqliyyat vasitəsi yol sürüşkən olduğuna görə idarəetmədən çıxıb və iritonnajlı nəqliyyat vasitəsinə çarpılıb.
Nəticədə minik maşınında olan 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırmaya başlanılıb.
[caption id="attachment_90952" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]