Paytaxtın Nizami rayonunda Qırğızıstan vətəndaşına qarşı dələduzluq edilib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən rayonun M.Əliyev küçəsi, 21A ünvanında İlham adlı şəxs Qırğızıstan Respublikası vətəndaşı Samat Kaynazarovdan 400 ABŞ dolları alaraq onun adına avtomobil rəsmiləşdirəcəyini vəd edib. Nəticədə İlham vədini yerinə yetirməyib və pulu mənimsəyib.
Faktla bağlı cinayət işinə başlanılıb.