Bu gün, 30 noyabr tarixində gecə saatlarında Nərimanov rayonu, Xətai prospektində 4 avtomobil qəzaya uğrayıb, bir nəfər xəsarət alıb. Bu haqda APA məlumat verib.
“Mercedes” markalı avtomobil manevr etmək istəyərkən əks istiqamətə çıxmağa başlayıb. Lakin idarəetməni itirərək “Renault” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Reanault” yol kənarında digər “Mercedes” markalı avtomobilinə çırpılıb, o, da “Hyundai” markalı avtomobilinə çırpılıb. Nəticədə “Renault”-un sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.